Xaçmazda iki avtomobil toqquşub, xəsarət alanlar var – FOTO

Cəmiyyət

Xaçmaz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report” xəbər verir ki, hadisə Şabran-Xaçmaz avtomobil yolunda baş verib.

Belə ki, “Daewoo Nexia” və “İsuzu” markalı avtomobillərin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nadir Nafik oğlu Lalayev, 1989-cu il təvəllüdlü Səfər Adil oğlu Ağayev və 1954-cü il təvəllüdlü Kərim Mayıl oğlu Mahmudov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir