Həftəsonu avtomobil qəzalarında yeddi nəfər ölüb

Cəmiyyət

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 4-5-də respublikanın avtomobil yollarında altı yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə yeddi nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir