Göygöldə minik maşını aşıb, sərnişin ölüb

Cəmiyyət
Spread the love

Göygöldə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşının sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan sərnişin 1996-cı il təvəllüdlü Elvin Verdiyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Sürücü 1988-ci il təvəllüdlü Cəfərov Anar müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir