London derbisini “topçular” qazandı – VİDEO

İdman

İngiltərə Premyer Liqasının 35-ci turunda daha bir matç yekunlaşıb.

Londonda turnir cədvəlinin ön sıralarında qərarlaşan iki yerli komanda “Vest Hem”lə “Arsenal” üz-üzə gəlib.

“Topçular” bir top fərqilə də olsa, rəqibini üstələməyi bacarıblar – 2:1.

Qeyd edək ki, turun dünənki oyunlarında “Liverpul” “Nyukasl Yunayted”ə 1:0, “Mançester Siti” “Lids”ə 4:0 hesabı ilə qalib gəlib. Bazar günü isə “Çelsi” səfərdə “Everton”a uduzub – 0:1.

Tura bazar ertəsi “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulacaq.

 

www.102info.az

Spread the love
A source: xmr-qr-code.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir