İordaniya Gürcüstana torpaq bağışladı

Dünya

İordaniya dörd min kvadratmetr torpaq sahəsini Gürcüstana hədiyyə edib.

Hadisə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin İordaniyaya rəsmi səfəri çərçivəsində baş tutub.

Gürcüstan dövlətinə bağışlanan torpaq ərazisi rəvayətlərə görə İsa Məsihin çarmıxa çəkildiyi yerin yaxınlığında yerləşir.

“Bu gün tarixi bir gündür. Bu gün Gürcüstan mədəniyyət mərkəzinin salınacağı torpağın ərazisi rəsmən bizə təhvil verildi. Bu, yəqin ki, hər bir gürcünün arzusunda olduğu gündür, çünki gürcülər 300 ildən sonra müqəddəs torpağa qayıdırlar”, – Gürcüstanın Baş naziri bildirib.

Mənbə: TASS

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir