İçkili atasından utandığını dedi: Qubadakı ailə faciəsinin TƏFƏRRÜATI – VİDEO

Cəmiyyət

Qubada 35 yaşlı kişi atası tərəfindən öldürülüb. 65 yaşlı Nüsrət Vahabov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə nəticəsində Sərraf Vahabova ürək nahiyəsindən bıçaq zərbəsi endirib.

Mərhumun anası İTV-yə sözügedən hadisənin necə baş verdiyindən danışıb.

Çeşminaz Vahabova bildirib ki, qətl baş verən gün Nüsrət Vahabov içkili olub. Sərraf bayram günü evə içkili gələn atasına etiraz edərək dost-tanışından ona görə utandığını deyib.

Bundan sonra tərəflər arasında mübahisə qətllə nəticələnib.

Daha ətraflı süjetdə:

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir