Anar Bağırov: “Bullinq problemi bizi ciddi narahat edir”

Cəmiyyət

UNICEF və Vəkillər Kollegiyası arasında uşaq hüquqlarının müdafiəsi sahəsində 2020-ci ildə imzalanan əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilib. 

102info.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib. O bildirib ki, bu əməkdaşlıq çərçivəsində uşaqlara pulsuz yardım göstərilib: 

“Cəzaçəkmə müəssisələrində qadınlarla yaşayan üç yaşadək və üç yaşdan sonra analarından alınaraq uşaq evinə verilən uşaqlarla görüş keçirilib və onlara hüquqi yardım göstərilib. Məişət zorakılığına məruz qalan uşaqların sayı da az deyil. Daha bir böyük problem bullinq problemidir ki, bu bizi də ciddi narahat edir. Hazırda hiperbullinq və bullinq geniş yayılır ki, bununla bağlı geniş tədbirlər planı hazırlanmalıdır. Bu plan çərçivəsində məktəblərdə və digər ictimai yerlərdə mübarizə tədbirləri aparılmalıdır”.

Könül Cəfərli

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir