Rusiya ordusu Ukraynanın Xarkov şəhərinə zərbə endirməyə davam edir.
Endirilən zərbələr nəticəsində çox sayda dinc sakin yaralanır.
Növbəti belə hadisə zamanı Rusiya ordusu hətta təcili yardım briqadasının çalışdığı əraziyə də zərbə endirib. Nəticədə həkimlərin yaralılara müdaxiləsinə əngəl törədilib. Təcili yardım briqadasının əməkdaşları daha sonra yaralıları xəstəxanaya çatdıra biliblər.
Mənbə: Unian.net
www.102info.az
