Türkiyə kəşfiyyatından əməliyyat: Ölkədə terakt planlaşdıran İŞİD-çilər saxlanıldılar

Dünya

Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat keçirib.

Bu barədə Türkiyənin Milli İstihbarat Təşkilatı məlumat yayıb.

Əməliyyatla Suriya ərazisində Türkiyədə terror fəaliyyətləri planlaşdıran iki İŞİD terrorçusu saxlanılaraq Türkiyəyə gətirilib.

Orxan Moran və Mustafa Kılıçlı adlı terrorçuların həmçinin Suriyadakı Türkiyə ordusu birləşmələrinə qarşı da terror aktları planlaşdırdığı qeyd olunub.

Mənbə: Haber Global

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir