Sergey Qayday: “Rusiya hərbçiləri qadınları övladlarını öldürməklə şantaj edib casusluğa göndərirlər”

Dünya

“Rubejnoye yaşayış məntəqəsində Rusiya işğalçıları qadınları övladlarını öldürməklə təhdid edərək Ukrayna hərbçilərinin mövqeləri ilə bağlı kəşfiyyat məlumatları toplamağa məcbur edir”.

Bu sözləri Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“Rubejnoyedə hazırda baş verən dəhşətli vəziyyəti açıqlaya bilərəm. Uşaqları oğurlayıb daha sonra analarını humanitar yardım üçün Ukrayna hərbçilərinin mövqelərinə getməyə məcbur edirlər”, – deyə S.Qayday bildirib.

Mənbə: Pravda

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir