Rusiya Azərbaycanla Ermənistan arasındakı danışıqlarda fasilələrin verilməsini istəmir

Dünya

“Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasına töhfə verməyə hazırdır”.

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çıxış edib.

“Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda fasilələrə yol vermir və regionda uzunmüddətli sülhün bərpası üçün növbəti ardıcıl addımların atılmasını tələb edir” – deyə M. Zaxarova fikrini tamamlayıb.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir