“Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu “Liverpul” azarkeşlərinə təşəkkür edib.
Bu barədə futbolçu “Instagram” hesabında yazıb.
“Bir dünya, bir idman, bir qlobal ailə… Təşəkkürlər “Enfild”. Mən və ailəm bu hörmət və mərhəmət anını heç vaxt unutmayacağıq”, – futbolçu bildirib.
Qeyd edək ki, 37 yaşlı hücumçunun yeni doğulan oğlu vəfat edib. “Liverpul” və “Mançester Yunayted” komandaları arasında keçirilən görüşdə azarkeşlər və futbolçular matçın 7-ci dəqiqəsində oğlan uşağının xatirəsini alqışlarla yad ediblər. Ronaldunun özü görüşdə iştirak etməyib.
www.102info.az
