Qvardiola rekord vurdu, Ançelotti və Mourinyunu geridə qoydu

Dünya

Pep Qvardiola baş məşqçi kimi doqquzuncu dəfə Çempionlar Liqasının yarımfinalına yüksəlib.

Belə ki, P.Qvardiolanın sükanı arxasında olduğu “Mançester Siti” 1/4 finalda Madrid “Atletiko”sunu (1:0, 0:0) məğlub edərək növbəti mərhələyə yüksəlib. 

Bununla da, ispaniyalı “Barselona”, “Bayern” və “Mançester Siti”yə rəhbərlik etdiyi dövrlərdə Çempionlar Liqasının 1/2 finalına ümumilikdə doqquz dəfə çıxıb.

Karlo Ançelotti (“Yuventus”, “Milan”, “Real”) və Joze Mourinyu (“Porto”, “Çelsi”, “Inter” və “Real”) isə bu uğura səkkiz dəfə nail olub.

Qeyd edək ki, “Mançester Siti” yarımfinalda Madridin “Real” klubu ilə qarşılaşacaq.

Mənbə: Sports.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir