“Paramount” Rusiyada öz telekanallarının yayımını dayandırıb

Dünya

“Paramount” Rusiyada özünün MTV, Nickelodeon, Paramount Channel və Paramount Comedy kanallarının yayımını dayandırmaq qərarına gəlib.

Bildirilir ki, şirkətə məxsus kanalların “Bilayn” və “Rostelekom” istifadəçiləri üçün yayımı dayanıb.

Bunun əvəzinə tamaşaçılar ekranda belə bir mesaj görüblər:

“Hörmətli izləyicilər! Bizdən asılı olmayan səbəblərə görə kanalın Rusiya Federasiyası ərazisində yayımı müvəqqəti olaraq dayandırılıb”.

Mənbə: İnterfaks

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir