Lənkəranda yaşayış olmayan evdən meyit aşkarlanıb

Kriminal

Lənkəranda yaşayış olmayan evdən kişi meyiti aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Nərimanabad qəsəbəsində yaşayış olmayan evdən keçən aydan itkin düşmüş şəxsin meyiti tapılıb.

Ölənin 1983-cü il təvəllüdlü qəsəbə sakini Elşən Məmmədov olduğu müəyyən edilib.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir