Əfqanıstanın paytaxtında ən böyük məscidlərdən birində baş verən partlayış nəticəsində azı altı nəfər yaralanıb.
Bu barədə “Tolo News” Kabil təhlükəsizlik qüvvələrinə istinadən xəbər verib.
Partlayış Kabildəki ən böyük məscidlərdən birində günorta namazı zamanı baş verib. Kanalın məlumatına görə, əl qumbarası partlayıb.
Hadisə şahidinin “RİA Novosti”yə verdiyi məlumata görə, insident nəticəsində onlarla insanın yaralandığı ehtimal olunur.
? منابع خبری از وقوع انفجار در مسجد پلخشتی کابل در بزرگترین مسجد پایتخت افغانستان و در منطقه پرازدحام کابل خبر دادند. pic.twitter.com/zb7C2oXmY5
— جام جم آنلاین (@jamejamCPI) April 6, 2022
www.102info.az
