İtaliyadan rusiyalı keçmiş Formula-1 pilotu və onun oliqarx atasının 150 milyon avroluq əmlakına HƏBS

Dünya

İtaliya keçmiş rusiyalı Formula-1 pilotu Nikita Mazepin və onun oliqarx atası Dmitri Mazepinə məxsus təxminən 105 milyon avro dəyərində əmlaka həbs qoyub.

Sardiniya adasının şimalında yerləşən “Rocky Ram” kimi tanınan villa hədəfə alınıb. Bu, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra prezident Vladimir Putinlə əlaqəsi olan varlı rusiyalıların cəzalandırılması üçün daha geniş səylərin bir hissəsidir.

Mart ayında ABŞ-a məxsus Formula-1 komandası “Haas”dan qovulan Mazepin Avropa İttifaqının rəsmi jurnalında Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsinin üzvü kimi təsvir edilən atası Dmitri ilə birlikdə Aİ-nin sanksiya siyahısına salınıb.

Mənbə: Reuters

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir