Güləş Federasiyasında iclas: İK-nın tam tərkibi BƏLLİ OLDU – FOTO

İdman
Spread the love

Bu gün Azərbaycan Güləş Federasiyasının növbədənkənar seçki Ümumi Yığıncağı keçirilib.

Oxu.Az xəbər verir ki, Federasiyasının prezidenti Mikayıl Cabbarovun sədrliyi altında keçirilən tədbirdə AGF-nin üzvləri iştirak edib.

Yığıncaqda Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinə yeni üzvlər səsvermə yoluyla seçilib. Sərbəst güləş üzrə olimpiya çempionu Namiq Yadulla oğlu Abdullayev, yunan-Roma güləşi üzrə olimpiya çempionu Fərid Salman oğlu Mansurov və Vasif Vaqif oğlu Məmmədov İK-ya üzv seçilib.

Beləliklə, Azərbaycan Güləş Federasiyasının 5 nəfərdən ibarət İcraiyyə Komitəsinin tərkibi aşağıdakı kimi formalaşıb:

1. Mikayıl Cabbarov – Azərbaycan Güləş Federasiyasının prezidenti

2. Namiq Əliyev – Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti

3. Namiq Abdullayev – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

4. Fərid Mansurov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

5. Vasif Məmmədov – Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü

Qeyd edək ki, İK-nın yeni üzvü Vasif Məmmədov daha öncə Təhsil Nazirliyində məktəbdənkənar təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir