Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət tarixi açıqlandı

Dünya

Finlandiya və İsveç mayın 16-dan 20-dək eyni vaxtda Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edəcəklər.

Bu barədə “İltalehti” qəzeti xəbər yayıb.

“Finlandiya və İsveçin NATO-ya müraciətləri 20-ci həftədə, yəni mayın 16-dan başlayan həftədə dərc edilməlidir. Həmin həftə, mayın 17-18-də Finlandiya prezidenti Sauli Niinistö Kral XVI Karlzın dəvəti ilə İsveçə səfər edəcək. Səfər çərçivəsində Finlandiya və İsveç dövlət rəhbərləri də görüşəcək və ölkələrin NATO-ya daxil olmağa hazır olduqlarını bəyan edəcəklər”, – nəşr qeyd edib.

Xatırladaq ki, Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda uzunmüddətli neytrallıqlarından əl çəkərək NATO-ya üzv niyyətlərini bildiriblər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir