Dövlət Komitəsi 510 məcburi köçkünü məhkəməyə verib

Cəmiyyət
Spread the love

“Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir”.

“Report”un xəbərinə görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

“Məcburi köçkünlərin hər biri mənim üçün əziz adamdır. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Bu da köçürülmə zamanı nəzərə alınırdı. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. 510 belə məhkəmə müraciətimiz var. Məhkəmə qərar çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilirlər. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, – o vurğulayıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir