Çerniqovda rusiyalı hərbçilər 150 nəfəri zirzəmidə girov saxlayıblar – FOTO

Dünya

“Ukraynanın Çerniqov vilayətinin Yaqodnoye kəndindəki məktəbin kiçik zirzəmisində rusiyalı hərbçilər eyni vaxtda 150-dən çox insanı girov saxlayıblar. Qadınlar və uşaqlar zorla kiçik otaqda saxlanılıblar”.

Bu barədə Çerniqov vilayət hərbi administrasiyasının rəhbəri Vyaçeslav Çaus “Facebook” səhifəsində bildirib.

Onun sözlərinə görə, orada şərait dəhşətli idi.

“Burada insanlar xəstələnir, ölürdülər. Burada dirilər ölülərin yanında saxlanılırdı. Aclıq, susuzluq, qorxu, ağrı, ümidsizlik. Tualeti vedrə əvəz edirdi. Orada qadınlar və uşaqlar var idi. Bu, dəhşətdir”, – deyə Çaus yazıb.

Mənbə: Glavred.info

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir