Qara dənizdə sualtı qayıqlar da daxil olmaqla 20-yə yaxın Rusiya gəmisi var. Onlar flaqman olan “Moskva” kreyserini itirsələr də, sahil boyu və Ukraynanın dərinliklərinə doğru zərbə endirə bilərlər.
Britaniya kəşfiyyatının belə qənaətləri barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi özünün “Twitter” hesabında məlumat yayıb.
(3/4) The Bosporus Strait remains closed to all non-Turkish warships, rendering Russia unable to replace its lost cruiser Moskva in the Black Sea.
— Ministry of Defence ?? (@DefenceHQ) April 28, 2022
“Hazırda Rusiya Hərbi Dəniz Qüvvələrinin 20-yə yaxın gəmisi, o cümlədən sualtı qayıqlar Qara dəniz əməliyyat zonasında yerləşir”, – deyə məlumatda bildirilir.
Kəşfiyyat rəsmiləri xatırladıblar ki, Türkiyə hərbi gəmilərin Qara dənizə çıxışının qarşısını almaq üçün Bosfor boğazını bloklayıb, bu isə o deməkdir ki, Rusiya Federasiyası Qara dəniz donanmasının batmış flaqmanı olan “Moskva” kreyserini əvəzləyə bilməz.
“Ancaq “Moskva” və “Saratov” kimi utancverici itkilərinə baxmayaraq, Rusiya gəmiləri hələ də Ukraynanın sahil boyu və daha dərinlərində olan hədəfləri vurmağa qadirdir”, – deyə Britaniya kəşfiyyat rəsmiləri bildirib.
Mənbə: Liqa.Novini
www.102info.az
