Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu təbrik edib.
Oxu.Az-ın xəbərinə görə, macarıstanlı sabiq qılıncoynadanın təbrik məktubunda Qurban Qurbanovun “Marsel”lə oyunda etdiyi “fair play” hərəkəti də xatırlanıb:
“Hörmətli, cənab Qurban Qurbanov!
Sizin 2022-ci il fevralın 24-ü etdiyiniz ədalətli oyun jesti bütün dünyaya səs salıb. Mən sizi bu addımınıza görə təbrik edirəm. Bu, istənilən qələbədən daha üstündür. Siz böyük bir nümunə göstərmisiniz! İcazənizlə sizə möhkəm can sağlığı və uğurlarınızın davamını arzulayım!
Doğum gününüz mübarək!”
Qeyd edək ki, bu gün Qurban Qurbanovun 50 yaşı tamam olub.
www.102info.az
