Azərbaycanlı döyüşçünün “Bellator”dakı debütü baş tutmadı

İdman

Azərbaycanın qarışıq döyüş ustası (MMA) Tofiq Musayevin “Bellator”dakı debütü baş tutmayıb.

O, cümə günü, aprelin 22-də Havayda (ABŞ) keçiriləcək “Bellator 278” turniri çərçivəsində dünyanın ikinci ən populyar döyüş platformasında ilk dəfə çıxış etməli idi. Musayev 15 qələbə və 11 məğlubiyyətə malik “Tanrının döyüşçüsü” ləqəbli amerikalı Zak Zayn ilə döyüşməli idi.

Lakin Zeyn turnirdən imtina edib və səbəbləri barədə məlumat verməyib. Nəticədə Musayevin çıxışı turnir proqramından çıxarılıb. Bu isə o deməkdir ki, amerikalıya heç bir əvəzedici axtarılmayıb.

Qeyd edək ki, Tofiq Musayev bu ilin yanvarında “Bellator” ilə müqavilə imzalayıb.

Mənbə: “Sputnik Azərbaycan”

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir