Aleksey Arestoviç: “Qərb Ukraynaya silah tədarükündə yarışa başlayıb”

Dünya
Spread the love

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bəyan edib ki, artıq Qərb ölkələrinin ağır artilleriyası Ukraynaya daxil olmağa başlayıb.

O, bu barədə “YouTube” kanallarının birinin canlı yayımında məlumat verib.

“Qərbdə Ukraynaya daha çox silah verilməsi ilə bağlı yarış başlayıb. Bu ölkələr arasında ABŞ, İngiltərə, Niderland, Almaniya və bir çox başqa ölkələr var”, – deyə A.Arestoviç vurğulayıb.

Ukraynalı rəsmi bildirib ki, ağır artilleriya qurğuları, xüsusi PUA-lar, haubitsalar Donbasa çatanda bu silahların qarşısında duranların vəziyyəti kədərli olacaq.

Mənbə: “Feyqin” “YouTube” kanalı

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir