Afrika ölkəsində keçmiş prezidentə ömürlük həbs cəzası verildi

Dünya

Burkina-Fasoda keçmiş prezident Blez Kompaore sələfi Tom Sankaranın qətlinə görə qiyabi olaraq ömürlük həbs cəzasına məhkum edilib.

Hərbi tribunal sözügedən qərarını aprelin 6-da açıqlayıb. B.Kompaore ilə birlikdə həmçinin onun təhlükəsizlik xidmətinin keçmiş rəhbərinə də ömürlük həbs cəzası verilib.

Qeyd edək ki, Tom Sankara 1987-ci ildə qətlə yetirilib. B.Kompaore isə qətldə iştirakı olduğunu təkzib edib.

Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir