23 yaşlı gənc sirkə turşusundan zəhərləndi

Cəmiyyət
Spread the love

Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində baş verib.

1999-cu il təvəllüdlü A.Rüstəmov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun sirkə turşusu içdiyi müəyyən edilib.

Xəstəyə lazimi tibbi yardım göstərilib. 23 yaşlı oğlanın vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılıb. Gənc oğlanın hansı səbəbdən sirkə türşusu içdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir