Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.Az-a açıqlamasında bildirib ki, iclasda daha 100-dən çox müraciətə baxılıb:
“Bununla da baxılan müraciətlərin sayı 200-ü ötüb. 28 May – Müstəqillik Günü münasibətilə, bayram ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Növbəti iclaslarda da müraciətlərə baxılacaq”.
Qeyd edək ki, Komissiyanın aprelin 26-da keçirilən ilk iclasında əfvlə bağlı 100-dən çox müraciətə baxılıb. Növbəti iclasın isə mayın 6-da keçiriləcəyi gözlənilir.
Könül Cəfərli
www.102info.az

