Tokioda qızıl medal qazanmış idmançımızın ad günüdür

İdman

Bu gün Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə yığma komandasının üzvü, Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının qalibi Orxan Aslanovun doğum günüdür.

Bununla bağlı Azərbaycan Milli Paralimpiya Komitəsi “Facebook” səhifəsində paylaşım edib. 

Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının uzunluğa tullanma yarışında qızıl medal qazanan O.Aslanov 27 yaşını qeyd edir.

Xatırladaq ki, paralimpiyaçımız 7,36 metrlik nəticə ilə Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarının fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir