Sabah sulu qar yağacaq

Cəmiyyət

Bakıda və Abşeron yarımadasında martın 16-da havanın arabir yağıntılı olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə intensiv olacağı, Abşeron yarımadasının əsasən şimal hissəsində qısa müddətə sulu qara keçməsi ehtimal edilir.

Yağıntı axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gündüz 5 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın, Bakıda gündüz 5 dərəcəyədək isti, axşam 2 dərəcəyə yaxın olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə şaxta olacaq.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir