Olaf Şolz NATO sülhməramlılarının Ukraynaya göndərilməsilə bağlı ölkəsinin qərarını açıqladı

Dünya

Almaniya Kansleri Olaf Şolz NATO sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsində rəsmi Berlinin mövqeyini açıqlayıb.

O qeyd edib ki, Almaniya Ukrayna ərazisində hərbi kontingentlə təmsil olunmayacaq.  

Almaniya Kansleri həmçinin əlavə edib ki, ölkəsi Ukraynada uçuşa qadağa zonasının tətbiqini də nəzərdən keçirmir.

Mənbə: Mk.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir