Fransanın PSJ klubunun argentinalı ulduz futbolçusu Lionel Messi “Barselona”ya qayıda bilər.
Bu iddia ilə jurnalist Adrian Qrenye çıxış edib.
Onun sözlərinə görə, futbolçunun atası artıq transfer məsələsini müzakirə etmək üçün Kataloniya klubunun rəhbərliyi ilə əlaqə saxlayıb.
Xatırladaq ki, Fransanın PSJ klubunun azarkeşləri klubun “Bordo”ya qarşı sonuncu oyununda Messi və Neymarı fitə basıb.
Azarkeşlər xüsusən Paris təmsilçisinin Madrid “Real”ına 3:1 hesabı ilə uduzaraq Çempionlar Liqasında mübarizə dayandırmasından hiddətlənib.
Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin avqustunda keçib.
Mənbə: “Championat”
www.102info.az