Meksikada hava limanındakı partlayış səsləri kütləvi çaxnaşma yaratdı – VİDEO

Dünya

Martın 28-də onlarla sərnişin qorxu içində Meksikanın Kintana Roo əyalətindəki Kankun kurortunun hava limanını tərk edib.

Belə ki, aeroportun üçüncü terminalında atışma səslərinə bənzər səslər eşidilib.

Zərərçəkənlərlə bağlı məlumat açıqlanmayıb.

Bölgə prokuroru Oskar Montesin sözlərinə görə, hakimiyyət orqanları hələ də odlu silahdan istifadə barədə məlumatı təsdiq edə bilməyib.

Onların fikrincə, bu səslərin mənbəyi nasaz baqaj kəməri də ola bilər.

Mənbə: TASS

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir