Lavrov Antalyaya getdi

Baş səhifə
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin vasitəçiliyi ilə sabah Antalyada keçiriləcək Rusiya-Ukrayna-Türkiyə üçtərəfli xarici işlər nazirləri toplantısı üçün Antalyaya gəlib.

“102info.az” TRT-yə istinadən xəbər verir ki, Lavrov və Rusiya nümayəndə heyətini daşıyan şəxsi təyyarə Antalya hava limanına enib.

Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın təxminən bir saata şəhərə gələcəyi gözlənilir.

Ayrı-ayrı hotellərdə qalacaq nümayəndə heyətləri görüş üçün Belek Turizm Mərkəzindəki beşulduzlu “Regnum Carya” hotelində görüşəcək.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Lavrov və Kuleba sabah üçtərəfli görüş keçirəcək. Həmin salonda 2015-ci ildə keçirilən G-20 Sammitində ABŞ-ın keçmiş Prezidenti Barak Obama və Rusiya Prezidenti Vladimir Putin kimi dünya liderləri qonaq olub.

“Qafqazinfo”

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir