Dağıstanda işləyən azərbaycanlı faciəvi şəkildə ölüb

Cəmiyyət

Qax rayon sakini işlədiyi binadan yıxılaraq ölüb.

“102info.az”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Rusiyanın Dağıstan Respublikasında baş verib.

Belə ki, Qax rayon Qum kənd sakini, 1988-ci il təvəllüdlü Səid Əmrullah oğlu Əmirov Dağıstan Respublikasında usta kimi işlədiyi hündürmərtəbəli binanın 11-ci mərtəbəsindən yıxılaraq ölüb.

34 yaşlı S. Əmirovun nəşi doğulduğu Qax rayonuna gətirilərək Qum kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səid Əmirov uzun müddət Dağıstanda usta kimi çalışmırmış. O, subay olub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir