Baş nazir Ukraynadan ölkəmizə təxliyə olunan azərbaycanlıların sayını AÇIQLADI

Dünya
Spread the love

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9 246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov deyib.

O bildirib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb.

Baş nazir qeyd edib ki, qonşu ölkələrin maliyyə-bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib.

“Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”, – deyə Əli Əsədov əlavə edib.

Aqşin Kərimov

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir