İngiltərə Premyer Liqasının 30-cu turunda “Aston Villa” və “Arsenal” üz-üzə gəlib.
Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Oyunun 30-cu dəqiqəsində qonaqların heyətində B.Saka fərqlənib.
Qələbə nəticəsində “Arsenal” dördüncü pillədəki yerini (54 xal) möhkəmləndirib – 1:0
Ardıcıl iki oyundur məğlub olan “Aston Villa” isə 36 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
www.102info.az
