ABŞ yüz min qaçqına qucaq açır

Dünya

Amerika Birləşmiş Ştatları yüz minədək ukraynalı qaçqını qəbul etməyə hazır olduğunu bəyan edə bilər.

Bu barədə öz mənbələrinə istinadən NBC telekanalı xəbər verir.

Məlumata görə, qohumları ABŞ-da yaşayan ukraynalılara xüsusi diqqət ayrılacaq. Ancaq bu münasibətlə rəsmi açıqlamanın nə zaman veriləcəyi bəlli deyil. NBC-nin məlumatına görə, müharibə başlayandan indiyədək Ukraynanı 3,6 milyon insan tərk edib. Onların əksəriyyətini Polşa qəbul edib.

Qeyd edək ki, fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin Ukraynada genişmiqyaslı hərbi əməliyyatların başlandığını elan edib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bu gün bir ay ərzində ölkədə müharibə səbəbindən 120 uşağın öldüyünü, eləcə də Rusiyanın itkilərini açıqlayıb.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir