1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü

Təhsil

Dil hər bir xalqın milli varlığını səciyyələndirən əsas amillərdəndir, çünki hər bir xalq ona məxsus olan milli-mənəvi dəyərləri ilə tanınır. Bu baxımdan hər bir xalq öz milli- mənəvi dəyərlərini qorumalı və gələcək nəsillərə saf şəkildə çatdırmalıdır.
Azərbaycan xalqı da qədim zamanlardan öz milli-mənəvi dəyərlərinə qiymət vermiş, onun qorunması və gələcək nəsillərə ötürülməsi üçün daima mübarizə aparmışdır. Xüsusən də, dilimizin inkişafı, saflığı uğrunda, dilin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevirilməsi yolunda Azərbaycan ziyalıları- şair, yazıçı, dramaturq, eyni zamanda dilçi alimlərimiz böyük fədarkarlıqlar göstəriblər.
Milli-mənəvi dəyərlərin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində bu günə qədər çox mühüm addımlar atılıb.
2001-ci ildən başlayaraq avqustun biri ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu tarixin qeyd edilməsi 2001-ci il avqustun 1-dən Azərbaycan Respublikasında latın əlifbasına keçidlə bağlıdır. Bu tarix Ulu Öndər Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib .Ulu Öndərin Fərmanı latın qrafikalı Azərbaycan Əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzə alaraq imzalayıb. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Əbəs yerə Ümummilli Liderimiz deməyib: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”
Bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev ana dilimizə həsasslıqla yanaşır. Onun təşəbbüsü ilə Azərbaycan ədəbiyyatı nümunələrinin yenidən latın qrafikası ilə nəşr olundu. İlham Əliyevin 2004-cü il yanvarın 12- də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərancam həm də əlifba ilə bağlı problemləri həll etdi.
Qeyd edək ki, Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət dilidir.
Gəlin dilimizi qoruyaq və sevək.

Ş.Xəlilova
Masallı rayon, S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir