Polisin çevik müdaxiləsi ilə qadına bıçaqla
xəsarət yetirmək istəyən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Mətbuat xidməti

Polisin çevik müdaxiləsi ilə qadına bıçaqla
xəsarət yetirmək istəyən şəxs saxlanılıb

Yanvarın 11-də səhər saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən dayanacaqda naməlum şəxs 1975-ci il təvəllüdlü bir qadına bıçaqla xəsarət yetirməyə cəhd edib. Bu zaman hadisə yerinin yaxınlığında olan Nizami Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Fazil Məmmədov təhlükəsizlik tədbirlərinə əməl etməklə cinayət hadisəsinin qarşısını almağa nail olub. Həmin şəxsdən cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb. Polis əməkdaşı tərəfindən o, barəsində tədbir görülməsi üçün ərazi üzrə bolis bölməsinə təhvil verilib və naməlum şəxsin axtarışda olan 1992-ci il təvəllüdlü Şamil Şükürov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir