YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib

Baş səhifə İdman

YAP-ın yaradılmasının 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib

Oktyabrın 30-da Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 30 illiyinə həsr olunmuş sərbəst və yunan-roma güləşi üzrə turnirə start verilib.
Turnirdə sərbəst güləş üzrə 65, 70, 74 kq çəki dərəcələrində, Yunan-Roma güləşi üzrə isə 67, 72 və 77 kq çəki dərəcələrində ümumilikdə 312 gənc mübarizəyə qoşulub. Sərbəst güləş üzrə 8, yunan-roma güləşi üzrə 5 qrupda təşkil olunan yarışların qrup mərhələsi Bakı, Abşeron, Ağcabədi, Göygöl, Qəbələ, Astara və Kürdəmirdə keçirilib.
Turnirin Bakı şəhərində keçirilən A qrupu üzrə yarışlarına Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı ev sahibliyi edib. Yarış başlamazdan öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib. Daha sonra turnirin rəsmi hissəsində çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov və Murov Volleybol Klubunun rəhbəri Zaur Musayev bu cür idman yarışlarının əhəmiyyətini qeyd edərək güləşçilərə uğurlar arzulayıblar.
Qeyd edək ki, Binəqədi rayonunda yerləşən Lakomativ İdman Klubunda keçirilən yarışda Bakı şəhərinin rayon təşkilatlarının komandaları mübarizə aparıb.
Turnirin qrup mərhələsində qalib gələn iştirakçılar noyabrın 9-da Bakı şəhərində keçiriləcək final görüşlərinə vəsiqə qazanıblar.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir