Bəhmən Vətənoğlunun anım günü ilə əlaqədar məzarı ziyarət edildi

Baş səhifə Mədəniyyət

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və əməkdaşları Göygöl rayonunda Türk dünyasının böyük şairi, ədəbi mühütimizin görkəmli nümayəndəsi şair Bəhmən Vətənoğlunun anım günü ilə əlaqədar məzarını ziyarət etmişlər. Ziyarətdə şairin ailə üzvləri də iştirak ediblər. Həbib Misirov Bəhmən Vətənoğlunun yaradıcılığından söz acaraq bildirdi ki, ədəbi mühitimizin inkişafında şairin böyük xidmətləri var. Bəhmən Vətənoğlu bu dünyadan Kəlbəcər deyə -deyə köçdü. İlhamını, qələminin qüdrətini Vətən torpağından alan şair bütün varlığı ilə Vətənə öz doğma yurduna bağlı bir insan idi. Ruhun şad olsun ustad! şeirlərində tərənnüm etdiyin Qarabağımız, doğma Kəlbəcərimiz işğaldan azad oldu. İndi Vətən torpaqlarımızda üç rəngli bayrağımız dalğalanır. İnşallah doğma Kəlbəcərimizdə xatirinə həsr edilmiş saz söz bayramları keçiriləcəkdir. Əslim-nəslim o torpaqdan yaranıb,
Ulu babam olub Kəlbəcər mənim…
Ümidim, pənahım, arxam, dayağım,
Elim-obam olub Kəlbəcər mənim…

Qüvvətim, qüdrətim, gücüm, biləyim,
Qəlbim, hissim, duyğum, canım, ürəyim…
Müqəddəs nemətim, halal çörəyim,
Abu-havam olub Kəlbəcər mənim…

Atam, anam, bacım, qardaşım, balam,
Çiçəyim, bənövşəm, nərgizim, lalam…
Sütunlu sarayım, möhtəşəm Qalam,.
İsti yuvam olub, Kəlbəcər mənim…

Mənə qurban deyib, kəsib quzunu,
Sındırıb könlümün kədər buzunu…
Zülmət gecələrdə ömrüm uzunu,
Yolumda şam olub Kəlbəcər mənim…

Bəhmənəm, mən ona könüllü nökər,
Ondan ayrılalı gözüm yaş tökər…
Ləhcəmdə şirinlik, sözümdə şəkər,
Dilimdə tam olub Kəlbəcər mənim…

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir