YAP Binəqədi rayon təşkilatında “Bilik həftəsi” adlı tədbir çərçivəsində bir qrup şəhid övladının iştirakı ilə görüş keçirildi

Sosial
Spread the love

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və PASHA Həyat Sığorta şirkətinin birgə təşkilatçılığı ilə yeni tədris ilinin başlanması ilə əlaqədar həyata keçirilən “Bilik həftəsi” adlı tədbir çərçivəsində bir qrup Vətən müharibəsi şəhidinin övladının iştirakı ilə görüş keçirildi. Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxış edərək şəhid övladlarını qarşıdan gələn yeni tədris ili münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı. Vüsar İsmayılov Vətən müharibəsində şəhidlərimizin və qazilərimizin qəhrəmanlığından bəhs etdi. Bütün xalqımızın şəhid qəhrəmanlarımızla daim qürur duyduğunu və onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını qeyd etdi. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan ətraflı bəhs etdi.
PASHA Həyat Sığorta şirkətinin əməkdaşı Məryəm Abbasəliyeva da çıxış edərək şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilməsinin müqəddəs borcumuz olduğunu söylədi. Çalışdığı şirkətin bu istiqamətdə layihələrinin davamlı xarakter daşıdığını bildirdi. O, şəhid övladlarını təbrik edərək, onlara yeni tədris ilində uğurlar və şəhid atalarının adına layiqli övladlar olaraq yetişmələrini arzuladı.
YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında şəhidlərin şərəfli ömür və döyüş yolundan bəhs etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışdı və şagird övladlarını təbrik etdi.
PASHA Həyat Sığorta şirkətinin əməkdaşı Vəli Məmmədov çıxış edərək bildirdi ki, sentyabrın 27-də başlayaraq 44 gün dava edən İkinci Qarabağ müharibəsi bizə nə qədər qəhrəman, igid oğullarımızın olduğunu bir daha göstərmiş oldu. Onlar ölümü ilə dastan yazdılar, dillər əzbərinə çevrildilər. PASHA Həyat Sığorta şirkətinin əməkdaşı uşaqları təbrik edərək, onlara təhsillərində uğurlar arzuladı.
Görüşdə şəhid Asif Kərimovun övladı Gülay Kərimsoy doğum günü, şəhid Anar Şükürovun övladı Ümid Şükürov Xəzər Universtetinə daxil olması münasibətilə təbrik olundu.
Görüş çay süfrəsi ətrafında davam etdirildi və şəhid övladları məktəb ləvazimatları ilə təmin olundu. Görüşdə şəhidlərin ailələri ilə söhbət aparıldı, onlar göstərilən diqqət və qayğıya görə təşəkkür etdilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir