Azərbaycan bugün tarixinin ən şanlı dövrünü yaşayaraq yeni əsrdə yeni uğurlara imza atır. İstər erməni təcavüzkarları ilə münaqişə meydanında, istərsə də diplomatik beynəlxalq müstəvilərdə Azərbaycanın qazandığı uğurlar dünyanın diqqətini cəlb edir. Ölkəmizin qatıldığı bütün tədbirlərdə dövlətimizin başçısı reallıqları,tarixi faktları qeyd edərək, Azərbaycanın mövqeyinin ədalət prinsiplərinə əsaslandığını sübuta yetirir. Bildiyimiz kimi 2022-çı il İyunun 29 da Aşqabadda Xəzəryanı Dövlət Başçılarının VI Zirvə Toplantısı keçirildi. İlk söz Ölkəmzin Prezidentinə verildi və cənab İlham Əliyev hər zaman olduğu kimi yenə də ölkəmizin maraqları naminə olan xüsusi məqamları diqqətə çatdırdı. Prezident İham Əliyev Azərbaycanın Xəzərdə qarşılıqlı fəaliyyətə böyük əhəməyyət verdiyini ,Xəzər dənizinin hüquqi statusunu müəyən edən 2018 –ci ildə imzalanmış Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlərin görülməsi üçün möhkəm hüquqi zəmin yaradacagını bildirdi. Bu gün Azərbaycan Avrasiyanin mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir.Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsi bu marşrutun Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadəyə imkan verəcək və nəqliyyat infrastrukturun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Azərbaycan Vətən müharibəsində Qələbədən və münaqişənin həllindən sonra Qarabağın, Şərqi Zəngəzurun yenidən qurulması və bərpası , o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb.Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Azərbaycan sadəcə 1990-cı illərin əvvəlində itirlən torpaqlara deyil, XX əsrin əvvəlində itirlimiş doğma Zənguzur mahalına da qayıdır. Zəngəzur dəhlizinin açılması məhz bu möhtəşəm Qələbəmizin əsrin böyük Qələbəsi olduğuna bariz nümunədir. Həqiqtən də bu gün Azərbaycan vətəndaşları yaxşı bilir ki, müdrik, məqsədyönlü Yeni Azərbaycan Partiyasının siyasəti müstəqi Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə qadir olan yeganə Partiyadır.
Nuranə Rəhimova
YAP Yevlax rayon təşkilatının fəalı,
Şəhər 9 nömrəli tam orta məktəbin tarix müəllimi.
www.102info.az
