Şəkidə yabanı halda bitən narkotik tərkibli bitkilər məhv edilib

Daxili İşlər Nazirliyi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı rayonun Baş Göynük kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 450 kiloqrama yaxın çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir