Estoniya limanında Rusiyaya göndərilən yarım milyard avroluq kokain ələ keçdi

Dünya
Spread the love

Estoniyanın Muuqa limanında 3,5 ton ağırlığında kokain saxlanılıb.

Bu barədə Estoniya prokurorluğu məlumat yayıb.

Narkotik vasitənin Rusiyaya çatdırılmasının planlaşdırıldığı qeyd olunur. 3,5 ton ağırlığında kokain mart ayının sonunda “Milan Express” adlı gəmidə aşkarlanıb.

Ələ keçirilmiş narkotik vasitələrin dəyərinin ümumilikdə 500 milyon avro olduğu qeyd olunur.

Mənbə: ERR

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir