ATƏT Ukraynadakı müşahidəçilərini azad etməyə çalışır – FOTO

Dünya

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Ukraynanın şərqində saxlanılan Xüsusi Monitorinq Missiyasının (SMM) bir sıra üzvlərinin azad edilməsi üçün çalışdığını bildirib.

“ATƏT milli SMM missiyasının bir sıra üzvlərinin Donetsk və Luqanskda həbsdə olmasından son dərəcə narahatdır. ATƏT öz əməkdaşlarının azadlığa buraxılması üçün bütün mövcud kanallardan istifadə edir”, – ATƏT-in mətbuat xidməti sorğuya cavab olaraq, heç bir təfərrüat açıqlamadan qeyd edib.

ATƏT-in mətbuat xidmətindən vurğulanıb ki, SMM Ukraynada qalan heyətə yardım göstərməkdə davam edir.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir