Ukraynanın Mariupol şəhəri yaxınlığında, “Vinoqradnoe” kəndində daha bir kütləvi məzarlıq aşkar edilib.
Orada təqribən 1000 dinc sakinin basdırıldığı ehtimal edilir.
Bunu “Planet”in peyk görüntüləri sübut edir. Aprelin 20-nə aid fotoşəkillərdə kütləvi məzarlığın ölçüsü 45×25 metrdir.
İşğal altında olan qəsəbənin özü Mariupoldan 5-6 kilometr aralıda yerləşir.
Mənbə: Truxa Ukraina
www.102info.az

