Rövşən Nəcəf “SOCAR Karbamid” zavodu ilə bağlı statistikanı açıqladı – FOTO

İqtisadiyyat

SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf sosial media hesabında “SOCAR Karbamid” zavodu barədə paylaşım edib.

Rövşən Nəcəf paylaşımında “SOCAR Karbamid” zavoduyla bağlı statistik məlumatları təqdim edib:

“Cari ilin 1-ci rübündə “SOCAR Karbamid” zavodu tərəfindən daxili bazara 53,4 min ton karbamid satılıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 224% çoxdur.

Xarici bazarlara ixracın həcmi isə səkkiz dəfə, dəyəri isə 33 dəfə artıb. Azərbaycanın xarici ticarət saldosuna müsbət təsiri 93 milyon dollardır”.

 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir