Laçında 1 ton 200 kiloqram çətənə kolu məhv edilib

Kriminal

Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Hoçaz kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 200 kiloqram olan 782 ədəd çətənə kolu məhv edilib.

media-img-20260727-wa0046

102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir